11 avqust 2017 20:00
682

Vergilər Nazirliyi: Forex bazarında valyuta əməliyyatlarından vergi tutulmur

Forex bazarında valyuta əməliyyatları həyata keçirildiyi halda rezident şəxslərdən vergi tutulurmu?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Forex bazarında valyuta əməliyyatları həyata keçirilərsə, pul vəsaiti ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil etmir.

Bununla yanaşı, rezident şəxslər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülən zamanı əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulur.