04 iyul 2025 15:57
126

EMTA-nın İdarə Heyətinin sədri “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb

İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

“İki sahil” xəbər verir ki, görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.