07 iyul 2025 10:19
102

Göyçayda kişi həyətində yıxılıb öldü

Göyçay sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Alpout kəndi ərazisində baş verib.

Kənd sakini Çodar Kərim oğlu Səlimov yaşadığı evin həyətində hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.Az