Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır