23 avqust 2017 22:21
681

Səyahət sağlamlıq üçün də faydalıdır

Səyahətlər zamanı insanlar çoxlu yeni təəssüratlar və emosiyalar qazanırlar. Bəs səyahətin insan sağlamlığına faydası olduğunu bilirdinizmi? Elə isə yadda saxlayın:

-Səyahət yaddaşı möhkəmləndirir.

-Ürək xəstəlikləri riskini azaldır.

-Əhval-ruhiyyəni yaxşılaşdırır.

-Depressiyanın qarşısını alır.

-İnsanı daha ağıllı və xoşbəxt edir.

Əsas çətinlik -uyğun bir tur seçməkdir. Aşağıdakı məlumatlar sizə səyahət etmək üçün yeni ideyalar verə bilər.

Əlvan Maldiv adaları turistlər arasında ən məşhur yerlərdəndir.

Maldiv daha çox balıqçılıqla məşğul olmağı sevənlər üçün ideal məkandır.

Rusiyanın meşələrinin  25 %-i ölkənin Sibir ərazisində yerləşir.

Səs-küy, qələbəlik xoşlamırsınız? Monqolustan insanların ən az olduğu yerdir. Orada bir kvadratkilometr ərazidə cəmi iki nəfər məskunlaşıb.      

Qatarla gəzməyi xoşlayanlar Londona gedə bilərlər. Orada çox səliqəli və intizamlı 270 stansiya mövcuddur.

Hava yolu ilə səyahətdən qorxanlar aşağıdakı statistik məlumatlarla tanış olsalar bir qədər rahatlaşa bilərlər.

-Aviaqəzalar çox gec-gec baş verən qəzalardır.

-Uçuş zamanı həlak olmaq riski 45 milyonda bir rast gəlinən haldır.

-Ehtimal nəzəriyyəsinə görə, 123 min il hər gün təyyarə ilə yol gedə və bir dəfə də olsun qəza ilə qarşılaşmaya bilərsiniz.

Şosedə müxtəlif manevrlər etmək istəyənlər Almaniyaya üz tuta bilərlər. Orada yollarda məhdudiyyətlər yoxdur.

Bilirsinizmi Paris şəhərinin altında dünyanın ən böyük qəbiristanlığı yerləşir? Orada altı milyon insan dəfn edilib.

Rəngarəng Las-Veqasa hər il 40 milyon turist səyahət edir. İnsan kütləsi olan yerləri sevmirsinizsə, Corciyada yerləşən “Hartsfield-Jackson Atlanta International” hava limanına getməkdən imtina edin. 

Finlandiya da Kanada kimi çoxsaylı gölləri ilə məşhurdur..

Linqvistlər üçün ən maraqlı ölkə isə Yeni Qvineya ola bilər. Orada 850-dən artıq dildə danışılır.

Rəngli və gözəl gülləri sevirsiniz? Onda yolunuzu Borneo və Sumatra adalarından salın. Orada dünyanın ən böyük gülü yetişdirilir. Həmin gülün diametri bir metrdən artıq, çəkisi isə 11 kq-dır.

Digər maraqlı bir fakt isə Norveçdə “Gecəyarısı Günəşi” adlı tez-tez baş verən qeyri-adi və təəccüblü hadisədir. Bu hadisə zamanı gecənin bir yarısı günəşin işıq saçdığını müşahidə edə bilərsiniz.

Nubar Süleymanova, “İki sahil”