Xəbər verildiyi kimi, ölkəmizdə “Opera günləri” layihəsi keçirilib. Layihə çərçivəsində bir sıra tədbirlər baş tutub. Bağlanış mərasimi Dənizkənarı milli parkda gerçəkləşib. Konsert formatında keçirilən təntənələli gecə ulduzların iştirakı ilə daha da rənglənib.
“İki sahil” xəbər verir ki, gecədə bir sıra opera sənətçiləri estrada ulduzları ilə birlikdə duetlər səsləndiriblər. Konsertdə iştirak edən Xalq artisti Tünzalə Ağayeva həmkarı Xalq artisti Samir Cəfərovla birlikdə əfsanəvi “Come vorrei” əsərini təqdim ediblər. İtalyan dilində səslənən ifa qonaqlar tərəfindən böyük maraqla qarşılanılıb.
Pop ulduzun səhnədəki çıxışı qədər, imici də çox bəyənilib.
Gecədən ən özəl görüntüləri təqdim edirik:
Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub