15 iyul 2025 16:32
140

İlin birinci yarısında DSMF-nin gəlir və xərcləri açıqlanıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 mln. manat çox olmaqla 3 mlrd. 963 mln. manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 mln. manat artaraq 3 mlrd. 146 mln. manat olub.

Cari ilin 6 ayında DSMF-nin xərcləri 3 mlrd. 744 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 mln. manat çoxdur.