16 iyul 2025 19:03
127

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyinat olub.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun imzaladığı əmrə əsasən, Zaur Həsənov bu vəzifəyə gətirilib.

Yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunub.