Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 min 668 ton çay istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.
İyulun 1-nə ölkədə 78,1 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 18,5 % azdır.
Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.