"Çelsi"nin futbolçusu Koul Palmer qalibi olduqları klublararası dünya çempionatından danışıb.
“İki sahil” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ABŞ prezidenti Donald Trampın mükafatlandırma mərasimində ona dediklərini xatırlayıb:
"O, mənə mükafatı verəndə oğlunun mənim böyük pərəstişkarım olduğunu söylədi. Tam olaraq hansı cümlələri qurduğumu xatırlamıram. Düşünürəm ki, ona "təşəkkür edirəm" və ya buna bənzər bir şey dedim".
Qeyd edək ki, Palmer klublararası dünya çempionatının ən yaxşı oyuçusu seçilib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb