Ötən gün Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak edən məşhur ukraynalı jurnalist Dmitri Qordon Prezident İlham Əliyevə təşəkkür edərək birgə fotolarını paylaşıb.
“İki sahil” xəbər verir ki, jurnalist bu haqda instaqram hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti İlham Əliyevə möhtəşəm görüşə və Ukraynaya göstərdiyi prinsipial dəstəyə görə təşəkkür edirəm. Davamı gələcək”.
Qeyd edək ki, Forumda D. Qordonun həyat yoldaşı, jurnalist Alesa Batsman da iştirak edib.
Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib