20 iyul 2025 21:27
113

Zifora Maubane: Şuşada və digər ərazilərdə sürətli yenidənqurma və bərpa işlərinin şahidi olduq

Biz həm Şuşa, həm də digər ərazilərdə aparılan sürətli yenidənqurma və bərpa işlərinin şahidi olduq. Burada möhtəşəm inkişafı gördük. Gözəl yollar, evlər, otellər, konfrans mərkəzləri tikilir, dəmiryol salınır.

“İki sahil” xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun Cənubi Afrikadan olan iştirakçısı Zifora Maubane Xocalıya səfəri zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

“Mən Cənubi Afrikadanam. Bizi kommunikasiya, informasiyaya, sosial media və süni intellektlə bağlı müzakirələrin aparıldığı bu forumda iştiraka dəvət etdiyi üçün təşkilatçılara minnətdarıq. Azərbaycanlıların qonaqpərvərliyini yüksək qiymətləndirirəm”, – deyə o bildirib.