Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 476 min 346 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İlin ilk yeddi ayında ixrac edilən neft məhsullarının dəyəri isə 178 milyon 428 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.