30 iyul 2025 13:17
144

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Bu həftə Azərbaycandan nəql olunan qazı Suriyaya tədarük edəcəyik.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Azərbaycanla SVOP razılşaması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Susiyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbacaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.