30 iyul 2025 15:48
136

58 min 500 uşağın qəbulu proqnozlaşdırılır

2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, iyulun 18-dən bu günədək məktəbəqədər təhsil müəssisələrinə 32 min 381 uşağın qəbul olunması ilə bağlı valideynlərə sms göndərilib: “Bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir. Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 min 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub”.

İlahə Rəsulova qeyd edib ki, 2025-2026-cı tədris ilində bu proqram çərçivəsində 25 min uşağın təlimlərə cəlb olunması gözlənilir.