31 iyul 2025 10:35
120

Xaçmazda kişi avtomobil idarə edən zaman ürəktutmasından ölüb

Xaçmazda avtomobil daş səkiyə çırpılıb.

Yunusov Rövkət Qurban oğlu idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürəktutmasından vəfat edib.

O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

"Report"