31 iyul 2025 15:23
158

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

MEDİA və Audiovizual Şura tərəfindən 23 may tarixində audiovizual məhsulların istehsalı və yayımı üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, AzTV, Space TV, ATV, Xəzər TV, ARB TV, ARB24 və Real TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

Sosial videoçarx kateqoriyasında isə AzTV, ATV və ARB24 televiziya kanalları uğur qazanıb.