01 avqust 2025 11:14
108

4SİM və “Mastercard” arasında əməkdaşlıq imkanları müzakirə edilib

4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Mastercard” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Engin Yaşar arasında videokonfrans formatında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, tərəflər arasında əməkdaşlıq potensialına dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində əməkdaşlıq, “Sənaye 4.0 Mərkəzi”ndə “Mastercard” şirkətinin dəstəyi ilə xüsusi bölmənin yaradılması və birgə maarifləndirici tədbirlərin təşkili kimi məsələlər diqqət mərkəzində olub.

Tərəflər gələcək əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib və müvafiq işçi qrupların yaradılması barədə razılığa gəliblər.