Türkiyədə yeni fəaliyyətə başlayan mağaza müştərilərin diqqətini çəkib. Məsələ burasındadır ki, burada yüzlərlə məhbusun hazırladığı müxtəlif qida növləri, geyim və aksesuarlar satışa çıxarılıb.
Alıcılara təqdim olunan məhsullar arasında nə desən tapmaq olar. Zeytun yağı, qatıq, ayran, dəsmal, qadın çantası, gümüş bəzək əşyaları bunlardan yalnız bir neçəsidir. Ən maraqlısı budur ki, satışa çıxarılan hər bir məhsulun bir MARKA adı var. Marka adaları məhbusların saxlanıldığı həbsxanadan götürülüb. Həbsxana rəhbərliyi və ədliyyə rəsmiləri deyir ki, bu layihə ilə dövlət həm maddi, həm də mənəvi qazanc əldə edir. Beləki, təcridxanada istehsal işi ilə məşğul olan məhbuslar cəza müddəti başa çatdıqdan sonra azadlığa sənətə yiyələnmiş əsl mütəxəssis kimi qayıdırlar.
Onu da qeyd edək ki, işlədikləri üçün məhbuslar həm sığortalanıb, həm də müəyyən məbləğdə maaş da alırlar.