Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüş zamanı, həmçinin Baş nazirin müavini S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub