Lerikdə meşəyə odun yığmağa gedən 51 yaşlı Lənkəran sakininin üzərinə ağac aşıb.
“İki sahil” xəbər verir ki, hadisə rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.
Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov üzərinə ağacın aşması nəticəsində ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.