Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilməyindən danışıb.
“İki sahil” xəbər verir ki, sabah 70 yaşı tamam olacaq aktrisa Modern.az-a açıqlamasında dövlət başçısının imzası ilə təltif olunmaqdan qürur duyduğunu vurğulayıb.
“Var olsun Prezidentimiz! Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!”, - deyə A.Bəşirqızı qeyd edib.
Xalq artisti, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib: “Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq