13 fevral 2016 00:59
2007

125 brilliantdan hazırlanan tort

Hansı hədiyyəni alasan ki, qarşı tərəfin ürəyini bir daha fəth edəsən.

Elə sevgililər günün yaxınlaşması ilə Yaponiyada şiriniyyat dükanlarının birində—“Takaşimaya” (Osaka, Yaponiya)da üzərində 125 brilliant olan tort sifariş edilib. Şokoladlı tort 14,1 miliyon yen (Yaponiya məzənnəsi), yəni 120 000 dollar dəyərindədir. Tort  müxtəlif şokoladlı fiqurlarla bəzədilsə də, tortun qalan hissəsi 125 brilliantla örtülüb. Şokoladı sevməyən qadın yoxdur, hələ şokoladlı tort qiymətli daşlarla bəzədilibsə, inanın, heç bir qadın sizə yox deməyəcək.