"Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtonda imzaladığı Birgə Bəyannamə dövlətlərarası münasibətləri tənzimləyən bir sənəddir. İcmanın fəaliyyəti isə beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, icmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur".
“İki sahil” xəbər verir ki, bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra guya Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini davam etdirməyəcəyi iddiaları ilə bağlı suala cavabında deyib.
"Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.
Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə icma rəhbəri vurğulayıb.
Qərbi Azərbacana qayıdışla bağlı beynəlxalq təbliğat işləri daha da gücləndirilməlidir
Qərbi Azərbaycandan olan qaçqınların statusu haqqında qanunun hazırlanması üzrə işçi qrupunun yaradılması təklif edilib