Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç televiziyada çıxışı zamanı gözlənilməz etiraf edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, xanım prezidentin həmin çıxışı ölkədə qalmaqal yaradıb.
Kolinda Qrabar-Kitaroviç “RTL Danas” telekanalına müsahibəsi zamanı noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərindən danışıb. O deyib ki, Xorvatiyanın yeni dövlət başçısını amerikalılar seçəcək:
“Xorvatiyanın növbəti prezidentinin kim olacağına ABŞ qərar verəcək”.
Daha sonra Kolinda Qrabar-Kitaroviç öz çıxışında səhvini bu cür düzəltməyə çalışıb: “Yəni, demək istəyirəm ki, bu yaxınlarda ABŞ-da yeni prezident seçiləcək. Təbii ki, biz də xorvat xalqı olaraq özümüzü ABŞ xalqının seçiminə uyğun hazırlamalıyıq”.