“Qazprom” Rusiya qazının Ermənistana tədarükünü bərpa edib.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
Şirkətdən bildirilib ki, qazın verilişi bu gün səhər saat 06:00-dan bərpa edilib.
Daha əvvəl tədarükün müvəqqəti dayandırılmasının Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olduğu bildirilmişdi.
Kanadada bort bələdçiləri əməkhaqqına görə tətil edir, yüzlərlə reys ləğv olunub
Macarıstanda iki nəfərin ölümündən sonra musiqi festivalı vaxtından əvvəl dayandırılıb
İndoneziyada bərədə baş verən yanğında beş nəfər ölüb, onlarla insan itkin düşüb