Parkda yaşayan 90 yaşlı kişi - Bank hesabında 54 min manat var
Türkiyənin Adana şəhərində parkda yaşayan 90 yaşlı kişinin bank hesabından çıxan pulun məbləği hər kəsi təəccübləndirib.
ATV.az xəbər verir ki, yeriməkdə çətinlik çəkən yaşlı adam hparkda gecələyir. Məsul şəxslər onu qocalar evinə yerləşdirməklə yanaşı, həm də ona maddi kömək etmək istəyiblər. Amma onun bank hesabından çıxan pul hamını təəccüblədirib - 54 min manat.
O, evlənmədiyini və qazandığı pulları ancaq banka yatırdığını söyləyib.