02 noyabr 2016 23:27
320

Bunlar təsadüfdür?

Bunlar təsadüfdür? - Bilmədiyiniz dəhşətli hadisələr...

1979-cu il, 18 fevral ... Bu tarixdə isti və quraqlıq olan Böyük Səhra çölünə qar yağıb. Bu hadisə dünyanın ən qəribə hadisələrindən biri hesab olunur.

2001-ci ildə Avstraliya və Amerika Samoası milli futbol komandaları qarşılaşdı. Avstraliya komandası həmin matçda 31-0 hesabı ilə qalib gələrək, beynəlxalq futbol qarşılaşmasında əldə edilən ən böyük qələbə rekordunu qırdı.

1975-ci ildə Aleks adlı şəxs komediya serialına baxarkən, 25 dəqiqə dayanmadan gülüb və ürək tutmasından vəfat edib. Maraqlısı odur ki, mərhumun həyat yoldaşı ərinin son dəqiqələrini xoşbəxt keçirməsinə görə filmi nümayiş etdirən quruma təşəkkür məktubu yazıb.

1898-ci ildə jurnalist-yazar Morgan Robertson «Titan» adlı bir hekayə yazıb. Hekayə böyük bir gəminin okeanda aysberqə çırpılaraq batmasından bəhs edirdi. Bu hekayənin yazılma tarixindən 14 il sonra "Titanik" adlı sərnişin gəmisi eynən Robinsonun yazdığı hekayədə təsvir olunan yerdə qəza keçirdi. Qəzanın baş vermə səbəbi və cərəyan edən hadisələr insanları çox təəccübləndirdi.

Sizcə bu qədər təsadüf qəribə deyilmi?