13 fevral 2016 00:15
115

Həbsxanada “realiti şou”

Heç bir günahları yoxdur, ancaq  60 gün dəmir barmaqlıq arxasında qaldılar. ABŞ-da yerli televiziya kanallarından biri həbsxanalarda rüşvətxorluq və real həyatı üzə çıxarmaq üçün qeyri-adi realiti şouya imza atıb.

Yayıma hazırlanan şouda  7  nəfər barələrində heç bir məhkəmə hökmü olmadan dəmir barmaqlıqlar arxasına salınıb. Burda onlar hər bir Amerikalı məhbusun üzləşdiyi problemlər, həyat tərzi ilə qarşılaşıb. Bu aksiyadan nə  zindandakı real məhbusların, nə də ki, rəhbərliyin xəbəri olub.

Özləri ilə həbsxanaya yüzlərlə gizli kamera keçirən şərti məhbuslar zindanda günün neçə keçdiyini bütün detalları ilə lentə almağa müvəffəq olublar. 500 məhbusun olduğu təcridxanaya   könüllüləri casus kimi göndərən çəkiliş qrupu   missiyanın öhdəsindən ustalıqla gələ bilib.

Yayıma hazırlanan  realiti şounun  anonsu belə ölkədə ciddi səs-küy yaradıb. Məsum insanların ən ağır cinayətlər törədən canilər arasında  60 gün qalması, onların həyat tərzini lentə alması çoxları tərəfindən çılğınlıq kimi qiymətləndirilir.