BANM tələbələri Azərbaycanın texnoloji gücünü qlobal arenada nümayiş etdirəcək.
Cəmil Cəmaləddinli - Kompüter mühəndisliyi, III kurs
Emin Orucov - Kompüter mühəndisliyi, IV kurs
Saleh İsayev - İnformasiya təhlükəsizliyi, IV kurs
Bu il yarışma xüsusi əhəmiyyət daşıyır, çünki ICPC Dünya Finalı ilk dəfə Bakıda keçiriləcək!
Müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində “ICPC Foundation” təşkilatçılığı və ADA-nın ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, “PAŞA Holdinq”in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.
Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Beşgünlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həlletmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Tələbələrimizə uğurlar arzulayırıq!
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO