Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79 %-nə nəzarət edir.
“İki sahil” Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
Onun sözlərinə görə, "Luqansk Xalq Respublikasının" tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.
V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi - Zaporojye vilayətinin 74 %-i və Xerson vilayətinin 76 %-i Rusiya qüvvələrinin nəzarəti altındadır.
Baş Qərargah rəisi, həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sumı vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.
Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq