Rusiya Silahlı Qüvvələri bu gecə "X-101" tipli raketlərlə Ukraynada hədəflərə hücum edib.
İki sahil "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, əsas zərbə "Geran" və "Gerber" tipli kamikadze dronları ilə Odessa vilayətinə endirilib, limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.
İliçevskdə bir neçə ərazi elektrik enerjisiz qalıb. Pavloqradda, raket yanacağı istehsalı müəssisəsinin yerləşdiyi ərazidə və Dnepropetrovsk vilayətinin ətrafında da partlayış səsləri eşidilib. Daha əvvəl Rusiya qüvvələri "Yujmaş" müəssisəsini də vurmuş, on aerodroma texnika zədələnmişdi.
Bildirilib ki, dronlar Sumı və Xarkov vilayətlərində də görünüb.
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb
WP: İsrailin müdafiəsi üçün qüvvə çatışmazlığı barədə Pentaqona məlumat verilib