01 sentyabr 2025 00:42
123

Çində dünyanın ən güclü dəniz külək turbininin tikintisi başa çatıb

Çin dünyada ən güclü dəniz külək turbinini istifadəyə hazır vəziyyətə gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

Yeni turbinin gücü 26 meqavata çatır. Quruluşun hündürlüyü 200 metrə yaxın, fırlanan bıçaqların əhatə etdiyi sahə isə təxminən 77 min kvadratmetrdir. Obyekt 30 mindən çox hissədən yığılıb, tayfunlara davamlıdır və müasir antikorroziya texnologiyaları ilə təchiz olunub.

Şəbəkəyə qoşulduqdan sonra turbinin ildə təxminən 100 GWh elektrik enerjisi istehsal edəcəyi proqnozlaşdırılır. Bu həcm 55 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin olunmasına bəs edəcək.

Məlumata görə, turbin tamamilə Çində layihələndirilib və istehsal olunub. Layihə ölkənin dəniz külək enerjisinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.