01 sentyabr 2025 01:08
129

Tramp administrasiyası ABŞ-nin bir sıra şəhərlərində Milli Qvardiyanın yerləşdirilməsinə icazə verib

Tramp administrasiyası Milli Qvardiyanın böyük şəhərlərə yerləşdirilməsinə icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem CBS telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qvardiya qoşunlarının Vaşinqton və Çikaqodan başqa digər böyük şəhərlərdə də yerləşdirilməsi planlaşdırılır. Çikaqoya mümkün yerləşdirmənin vaxtı barədə suala cavab verən Noem, administrasiyanın cinayətkarlıqla mübarizə əməliyyatları üçün əlavə resurslar ayırmağı nəzərdə tutduğunu deyib, lakin planların detalları açıqlanmayıb.

Nazir həmçinin qeyd edib ki, Boston və San-Fransisko da daxil olmaqla bir çox şəhərdə cinayət və zorakılığın artdığı müşahidə olunur və bu səbəbdən heç bir variant istisna edilmir:
“Biz müdaxilə üçün resurslarımız və avadanlıqlarımızın hazır olduğuna əmin olmağa çalışırıq”.

Noemin fikrincə, Çikaqo, Boston və San-Fransisko kimi böyük şəhərlərin hakimiyyəti cinayətkarlıqla mübarizə səylərini birləşdirmək üçün federal hökumətə müraciət etməlidir.