Rusiya ilə gərginliyin səbəbkarı Azərbaycan deyil. Yaxşı bilirik ki, bu problem dekabrda - bizim mülki təyyarəmiz Rusiya hava müdafiə qoşunları tərəfindən vurulandan sonra başlayıb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
Fərid Şəfiyev, həmçinin bəzi hadisələrin də baş verdiyini vurğulayıb: " Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı xoşagəlməz hadisələr yaşandı. Ukraynada SOCAR-ın depolarının vurulması və sair... Bunlar onu göstərir ki, qarşı tərəf gərginliyin azaldılmasını hələ düşünmür”.
"Biz adekvat addım atılmasını gözləyirik. Bu baş versə, çox güman ki, vəziyyət də yaxşılaşar”, - deyə F.Şəfiyev bildirib.
M. Babayev: COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib