Rəngi dəyişən geyimlər satışa çıxarılır - Düyməni sıxırsınız və...
Yaxın gələcəkdə geyim alarakən rənginə deyil, sadəcə olaraq modelinə baxacaqsınız. Rəngini istədiyiniz zaman bir düymə ilə dəyişdirə biləcəksiniz
ATV.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən geyim firmalarından biri istəyə görə rəng dəyişdirən geyimlər satışa çıxarmağa hazırlaşır.
Firma rəhbərinin sözlərinə görə, bu geyimlər xüsusi parçalardan hazırlanacaq. Hansı ki, həmin parçaların rəngini planşet və ya mobil telefona yüklənən bir proqramla möcüzəvi şəkildə dəyişdirmək mümkün olacaq. Firmanın tanıtım üçün internet səhifəsinə yerləşdirdiyi videoda həmin parçadan hazırlanan geyimin ilk nümunəsi izləyicilərə təqdim olunub.
Yay aylarında satışa çıxarılması gözlənilən bu cür geyimlərin qiymətinin nə qədər olacağı isə hələ ki, sual olaraq qalır.