Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb
Suriyadan repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib