15 sentyabr 2025 17:58
93

Azərbaycan Prezidenti: Cənubi Qafqazda artıq sülh dövrü başlayıb

Cənubi Qafqazda artıq sülh dövrü başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edərkən danışıb.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, iki ölkənin birliyi dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə (Cənubi Qafqaz -red.) artıq sülh dövrünün başladığı vurğulayıb.