Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib.
“İki sahil” xəbər verir ki, çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.
Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmasının zəruriliyi vurğulanıb.
Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən "iki dövlət" prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.
Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.
Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib