07 noyabr 2016 20:09
4146

Vinsent Van Qoq qulağını niyə kəsib?

Məşhur rəssam Vinsent Van Qoqun qulağını kəsməsi hər kəsə məlumdur.

Bu hadisə 1888-ci il, soyuq bazar gecəsi, Fransanın Arl şəhərində baş verib. Rəssam güzgü qarşısında dayanaraq bıçaqla sol qulağını kəsib.

Nəyə görə? Heç kəs bilmir. Amma bu barədə məşhur iddialara var. Bunlar dəlilik, içki aludəçiliyi, rəssam Paul Qoqenlə qanlı döyüş və anası tərəfindən ərköyün böyüdülməsidir.
 
Üstündən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, hollanda rəssamın atdığı addım ən çox müzakirə olunan məsələlər arasındadır. 
 
Yeni kitab bu iddialara daha bir realını əlavə edir: toy xəbərinin eşidilməsi. Sənətşünas Martin Beyli "Studio of the South: Van Gogh in Provence" kitabında yazır ki, Van Qoqun qulağını kəsməsinə səbəb çox sevdiyi qardaşı Teonun evləndiyi barədə məktub almasıdır. FaktXəbər-in CNN-ə istinadən verdiyi məlumata görə, Martin Beyli açıqlamasında bildirib ki, bu xəbər onun düşdüyü vəziyyətə təkan olub.
 
Bəzi tarixçilər bir iddianı rədd edirlər. Onlar bildirirlər ki, Van Qoq məmktubu qulağını kəsəndən sonra alıb. Amma Beyli bununla razılaşmır. O bildirir ki, söhbət yanvar ayında yazılan məktubdan gedir. Hansı ki, Teo anasına yazmışdı. Teo istəyirmiş ki, Van Qoq onun vlənməsi xəbərini başqalarından eşitməsin.
 
Qeyd edək ki, Van Qoq və qardaşı çox yaxın imişlər və rəssam daim qardaşına maddi yardım edirmiş.