Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbəsi münasibətilə "Qarabağ"ı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi "X" hesabında paylaşım edilib.
"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm", - deyə paylaşımda vurğulanıb.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Milli Məclis Zəfər Gününün 5-ci ildönümü ilə bağlı beynəlxalq parlament təşkilatlarına bəyanat göndərib