17 sentyabr 2025 17:09
113

İİTKM-in əməkdaşı Çində yaşıl maliyyə üzrə beynəlxalq seminarda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Çində keçirilən “Bir kəmər – Bir yol Təşəbbüsünün tərəfdaş ölkələri üçün yaşıl maliyyə üzrə beynəlxalq seminar”da iştirak edib.

“İki sahil” xəbər verir ki, təlim proqramı maliyyə idarəçiliyi üzrə peşəkar bacarıqların artırılması, Çinin yaşıl maliyyə sahəsindəki təcrübəsinin öyrənilməsi, Çinin yaşıl vergi sistemi, yaşıl monetar siyasət, yaşıl fintek və digər müvafiq mövzuları əhatə edib. Proqram çərçivəsində təqdimatlar, praktiki sessiyalar və sahəvi səfərlər təşkil olunub.

Seminar çərçivəsində Çinin yaşıl maliyyə və yaşıl inkişaf ilə bağlı təcrübəsinin öyrənilməsi məqsədilə Fujian vilayətində yerləşən Xiamen, Zhejiang vilayətində yerləşən Huzhou və Putian şəhərlərinə səfərlər təşkil olunub.

Beynəlxalq seminarda ölkəmizi İİTKM-lə yanaşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri təmsil ediblər.