07 noyabr 2016 23:55
331

"Anne"nin 7 yaşlı ulduzu nə qədər qazanır?

Son həftələrin ən çox müzakirə edilən uşaq aktrisası Beren Gökyıldızın "Anne" serialında qazancı bəlli olub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Cansu Dere və Vahide Perçinlə kamera qarşısına keçən balaca ulduz hər seriya üçün 5 min lirə (təxminən 2500 manat) alır. 7 yaşlı Berenin aylıq qazancı isə 20 min lirə (təxminən 10 min manat) edir.

Qeyd edək ki, B.Gökyıldız "Kocamin ailəsi" serialında, "Güldüy güldüy" şousunda yer alıb.