İstanbulda keçirilən “Teknofest-2025” Aerokosmik və Texnologiya Festivalında SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) komandaları mühüm nailiyyətlər əldə ediblər.
“İki sahil” xəbər verir ki, Ali Məktəbin bir komandası II, bir komandası isə III yeri qazanıb, iki komandası isə xüsusi mükafatlarla təltif olunub.
Belə ki, BANM-in “Daşaltı-BHOS” komandası Maliyyə texnologiyaları kateqoriyasında II yerə, “Xudafərin-BHOS” komandası isə Ağıllı nəqliyyat kateqoriyasında III yerə layiq görülüb.
Bundan əlavə, “Aypara-BHOS” komandası Münsiflər heyətinin xüsusi mükafatını, “Zəngəzur-BHOS” komandası isə Maliyyə texnologiyaları kateqoriyasında “Ticarətləşmə potensialı” mükafatını qazanıb.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO