UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda deyib.
Onun sözlərinə görə, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır:
"Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi inkişaflarından biri də rəqabətə davamlı insan kapitalıdır. O ölkələr inkişaf edir ki, orada təhsilə önəm verilir. İndiyədək qəbul edilən sənədlərdə təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür və bu gün davam etdirilir".
Nazir müavini əlavə edib ki, bu gün qlobal çağırışlar təhsilə də təsir edir:
"Gənclərin yeni çağırışlara uyğunlaşdırılması tələb olunur. Bunlar rəqəmsal və "yaşıl" bacarıqlardır. Təhsil sistemimizdə bəzi bacarıqların əldə edilməsində süni intellekt alətlərindən istifadə edilir".