06 oktyabr 2025 15:30
130

Bu şirkət "Nikon"un ən böyük səhmdarına çevrilir

Yaponiyanın optik və foto avadanlığı istehsalçısı "Nikon" elan edib ki, Fransa-İtaliya şirkəti EssilorLuxottica "Nikon"dakı payını 9,6%-dən 10,8%-ə qədər artıraraq Yaponiya şirkətinin ən böyük səhmdarı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "nikon.com" saytı məlumat yayıb.

Bundan əlavə, Ray-Ban və Oakley brendlərinin sahibi olan Avropa şirkəti "Nikon"dakı payını 20%-ə çatdırmaq üçün Yapon tənzimləyicilərindən razılıq alıb. Bu açıqlamadan sonra yapon istehsalçısının səhmləri 5% bahalaşıb.

EssilorLuxottica hələ 2000-ci ildə linzaların topdan satışı üzrə Nikon ilə müştərək müəssisə qurub.