6 oktyabr 2025-ci il tarixində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən 5-ci Merlər Formunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, Naxçıvanda insanların sağlamlığı və rifahı əsas prioritetlərimizdəndir. Bu gün Naxçıvan şəhərinin yeni Baş Planı dünyanın aparıcı şəhərsalma şirkətlərindən biri olan “Chapman Taylor” tərəfindən hazırlanır. Bu plan şəhərimizi daha sağlam, yaşıl və əlçatan etmək üçün müasir şəhərsalma həllərinə yönəlib. Yeni parklar, yaşıllıqlar, ictimai yerlər, velosiped zolaqları və piyada yolları bu planın bir hissəsidir.
Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq tədbirlərindən, yeni çoxmənzilli yaşayış binalarının tikilməsindən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemini daha da yaxşılaşdırmaq üçün 60 yeni elektrobusun alınacağından, yeni enerji doldurma məntəqələrinin və depoların tikiləcəyindən bəhs edib.
Çıxışının sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Zəngəzur dəhlizinin yaratdığı yeni logistik imkanlar şəhərimizin inkişafına, daha sağlam, yaşıl və firavan gələcəyin qurulmasına xidmət edəcəkdir. O qeyd edib ki, bu dəhliz regionun iqtisadi potensialını gücləndirməklə yanaşı, müasir və dayanıqlı şəhər modelinin formalaşmasına da töhfə verəcəkdir.
Zəngəzur dəhlizinin açılması Naxçıvanı birbaşa Azərbaycanla birləşdiriləcək və Asiya ilə Avropa arasında əsas beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiya olunacaq. Bu, şəhərimizi logistika mərkəzinə çevirəcək, yeni investisiyalar gətirəcək, yeni iş yerləri yaradacaq və regional əməkdaşlığı gücləndirəcək.
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq
Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib