07 oktyabr 2025 13:44
326

Londonda on minlərlə smartfon oğurlayan dəstə ifşa edilib

London polisi bahalı smartfonların, ilk növbədə iPhone telefonlarının oğurlanması ilə məşğul olan beynəlxalq qaçaqmalçılıq şəbəkəsini uğurla ifşa edib.

“İki sahil” xəbər verir ki,  Scotland Yard-a görə, təkcə son 12 ayda cinayətkarlar 40.000-ə yaxın cihazı və ya Londonda oğurlanmış bütün telefonların təxminən 40%-ni oğurlayıb Çinə göndəriblər.

"Echosteep" əməliyyatı 2024-cü ilin dekabrında polisin Hitrou hava limanı yaxınlığındakı anbarda 1000 iPhone olan qutu aşkar etməsindən sonra başlayıb.

Yük Honq-Konqa göndərilmək üçün hazırlanırdı. Araşdırma zamanı məlum olub ki, qutuda olan iPhone-ların demək olar ki, hamısı oğurlanıb.