08 oktyabr 2025 09:03
101

Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmayacaq

Gürcüstan hökumətin qərar layihəsinə əsasən, 2026-cı ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayı dəyişməz olaraq qalacaq.

“İki sahil” xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələrinin sayı bu il olduğu kimi 37 min Nəfərdən çox olmayacaq.

Müvafiq fərman 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə birlikdə təsdiq olunmaq üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Qanunla bu məhdudiyyət hərbi vəziyyətə, ehtiyatda olanlara və ya Gürcüstan Müdafiə Nazirliyinin müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.

Qeyd edək ki, Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür: məcburi, müqaviləli, karyera və ehtiyatda olanlara.