08 oktyabr 2025 08:57
108

Ukrayna sərhədçiləri Vovçansk yaxınlığında rus motosikletinin hücumunu dəf ediblər

Ukraynanın “Forpost” briqadasının sərhədçiləri Vovçansk istiqamətində Rusiyanın irimiqyaslı hücumunu dəf ediblər.

İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti “Telegram”da məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunu motosikletlərdən və bir neçə çoxməqsədli tırtıllı nəqliyyat vasitələrindən istifadə edərək piyada irəliləyirdilər: “Sərhədçilərin koordinasiyalı fəaliyyəti nəticəsində düşmənin bütün hücumları dəf edilib. FPV pilotsuz uçuş aparatları və PUA-ları Rusiya avtomobillərini və motosikletlərini məhv edib. Düşmən itkiləri dəqiqləşdirilir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”